Vətəndaşların NƏZƏRİNƏ: Bu ərazilərdə qaz kəsiləcək

Dostuna göndər xəbərdən agah olsun:

Bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Bərdə” ölçü qovşağından qidalanan Divanlı kənd məktəbinin qaz xətlərinin şəbəkəyə qoşulması, həmçinin, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsində “COP-29” Proqramına əsasən orta təzyiqli qaz xəttinin dayaqlar üzərinə qaldırılması məqsədi ilə 02.04.2024-ci il tarixdə saat 10:00-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd edilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Bərdə rayonunun Şorəlli, Güloğullar, Divanlı kəndlərinin, eləcə də, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)