Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib
Dostuna göndər xəbərdən agah olsun:

Hacıqabulda qızılcaya yoluxan gənc Bakıya xəstəxanaya aparılarkən yolda keçinib.

Gecə saat 03:50 radələrində rayonun II Udullu kənd sakini, 2007-ci il təvəllüdlü Qarayeva Ayişə Eyvaz qızı yüksək hərarətlə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Vəziyyəti ağır olduğundan o, təcili yardım briqadası tərəfindən Bakıya aparılıb. Lakin Qaradağ rayonu ərazisində qız yolda keçinib.

Onun qızılcadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)