Qusara qar yağıb, Zərdaba isə dolu düşüb – FAKTİKİ HAVA

Qusara qar yağıb, Zərdaba isə dolu düşüb – FAKTİKİ HAVA
Dostuna göndər xəbərdən agah olsun:

Mayın 5-i saat 20:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometerologiya xidməti bildirib.

Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Qəbələ, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Şəki, Zaqatala, Altıağac, Xınalıq, Tərtər, Mingəçevir, Göyçay, Kürdəmir, Lənkəran, Goranboy, Naftalan, Daşkəsən, Ağcabədi, İsmayıllı, Şamaxı, Ağsu, Sabirabad, Cəfərxan, Yevlaxda arabir leysan xarakterli yağış, Şahdağda (Qusar rayonu) isə qar yağıb.

Zərdab rayonunun Allahqulubağı və Əliyarlı kəndinə saat 19:30-19:37 radələrində diametri 0.8-1.0 mm olan dolu düşüb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)