Kürdəmirdə yağan güclü yağış fəsadlar törədib

Kürdəmirdə yağan güclü yağış fəsadlar törədib
Dostuna göndər xəbərdən agah olsun:

Kürdəmirdə yağan güclü yağış həyatı iflic edib.

Agah. Az ”Report”a istinadə xəbər verir ki, bu gün axşam saatlarında bir neçə saat davam edən güclü leysan yağışları rayonun bir neçə küçə və prospektlərində gediş-gəlişi məhdudlaşdırıb.

Bu vəziyyət rayon mərkəzinin Bakı və Heydər Əliyev prospektlərində, eləcə də Xanlar Səfərəliyev, Şəhriyar küçələrində özünü daha çox büruzə verir. Adıçəkilən küçələrdə vəziyyət daha da ağırdır. Belə ki, yağış suları istər avtomobillərin, istərsə də piyadaların hərəkətinə əngəl yaradır.

Hazırda aidiyyəti qurumların canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub. Yaranmış çətinliyin aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirirlər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)