ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu

ABŞ Səudiyyə Ərəbistanına şərt qoydu
Dostuna göndər xəbərdən agah olsun:

“Ər-Riyad İsraillə münasibətləri normallaşdırmadan ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə paktı bağlamayacaq”.

Bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

Prezidentin köməkçisi bildirib ki, buraya ABŞ və Səudiyyə Ərəbistanı arasında anlaşmanın əldə edilməsi, Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşdırılması və Fələstin xalqının maraqlarına uyğun mənalı addımlar daxildir.

Qeyd edək ki, hazırda Ər-Riyad müdafiə paktı bağlamaq üçün Vaşinqtonla danışıqlar aparır. Təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura bilər.

Mümkün alternativ kimi Vaşinqton Ər-Riyada “NATO-dan kənar əsas müttəfiq” statusunu təklif etməyə, yaxud da ABŞ və Bəhreyn arasındakı razılaşmaya bənzər pakt bağlamağa hazırdır. Bu saziş çərçivəsində ölkələr ikitərəfli məsləhətləşmələrdən sonra hərbi-texniki və kəşfiyyat sahələrində əməkdaşlığa, eləcə də “istənilən xarici təcavüzə” birgə müqavimət göstərməyə razılaşırlar.

Mənbə: TASS

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)