Qahirədə Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub

Qahirədə Qəzza üzrə danışıqlarda ciddi irəliləyiş əldə olunub
Dostuna göndər xəbərdən agah olsun:

Qəzza zolağında atəşkəsin bərqərar edilməsi üzrə Qahirədə keçirilən danışıqların sonuncu raundunun iştirakçıları “ciddi irəliləyiş” əldə ediblər.

Bu barədə Misirin “Əl-Qahirə əl-İhbariyyə” telekanalı məlumat yayıb.

Onun yüksəkranqlı mənbəsinin sözlərinə görə, Misir nümayəndə heyəti HƏMAS nümayəndələri ilə bütün lazımi detalları müzakirə edib və təşkilat üzvləri yaxın vaxtlarda Qahirəni tərk edəcəklər. Onların yaxın iki gün ərzində Misir paytaxtına qayıtması və “təklifə yekun cavab verəcəyi” gözlənilir.

Məsləhətləşmələrin gedişi və nəticələri ilə bağlı başqa təfərrüatlar hələlik verilməyib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)