Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb
Dostuna göndər xəbərdən agah olsun:

Braziliyanın cənubunda daşqınlar nəticəsində ölənlərin sayı 66-ya çatıb.

Ölkənin cənubunda Argentina və Uruqvayla sərhəddə yerləşən Riu Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinin verdiyi məlumata görə, təbii fəlakətin daha altı nəfərin ölümünə səbəb olub-olmadığı aydınlaşdırılır.

Hesablamalara görə, təbii fəlakət nəticəsində zərərçəkənlərin ümumi sayı 155-ə çatıb, daha 101 nəfər isə itkin düşüb. 707 mindən çox sakin və 332 bələdiyyə yağış və qasırğanın təsirindən zərər çəkib ki, bu da Rio Qrande-du-Suldakı bütün şəhərlərin 66%-dən çoxuna bərabərdir.

Qeyd olunur ki, Portu Aleqre və paytaxt regionunda vəziyyət kritikdir. Bazar günü səhər Quaiba çayının səviyyəsi 5,33 metrə çatıb ki, bu da tarixdə qeydə alınan ən yüksək səviyyədir.

Mənbə: CNN Brasil

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)