Dünyanın ən çirkli şəhəri bəlli oldu 2024

Dostuna göndər xəbərdən agah olsun:

Təxminən doqquz milyon əhalisi olan Vyetnamın paytaxtı Hanoy dünyanın ən pis hava çirkliliyinə malik şəhərlərinin antireytinqində birinci yerdə qərarlaşıb.

Beynəlxalq havanın keyfiyyətinin qiymətləndirilməsi xidməti “IQAir”in monitorinq məlumatlarına əsasən, martın 5-də Vyetnam paytaxtının havasında PM2.5 mikrotozunun konsentrasiyası Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təhlükəsizlik səviyyəsindən 24 dəfə çox olub. ÜST-ə görə, PM2.5 hissəcikləri xərçəng, insult və digər xəstəliklərlə əlaqələndirilir.

Qeyd edək ki, son illərdə Hanoy genişmiqyaslı tikinti və avtomobil emissiyalarına görə tez-tez dünyanın ən çirkli şəhəri kimi siyahıya alınır. Kömürlə işləyən elektrik stansiyalarının emissiyaları və kənd təsərrüfatı tullantılarının yandırılması problemi dərinləşdirir.

Dünya Bankının son hesabatına görə, Hanoy sakinlərinin 40%-i ÜST-nin tövsiyələrindən təxminən beş dəfə yüksək konsentrasiyalara məruz qalır.

Mənbə: gazeta.ru

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)