Həmyerlilərini güllələyərək öldürən şəxslərdən xəbər var

Dostuna göndər xəbərdən agah olsun:

Tərtər rayonunda qəsdən adam öldürməkdə ittiham olunan Sənan Ağazadə və Sərvər Hüseynovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Məhkəmənin ilkin hazırlıq iclası aprelin 17-nə təyin edilib.

Şikayət hakim Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Ağazadə 16 il 6 ay və Sərvər Hüseynov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2019-cu ilin dekabrın 9-da Tərtər rayonunda baş verib. Rayon sakini Mansur Behbudovun qırma yarası ilə xəstəxanaya gətirilib.

Araşdırmalarla hadisənin münaqişə zəminində rayonun Seydimli kənd sakini, əvvəllər məhkum olunmuş Sənan Ağazadə tərəfindən törədildiyi müəyyən edilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Sənan Ağazadənin həmin il dekabrın 11-də Binəqədi rayonu ərazisində “Priora” markalı avtomobildə olması müəyyən edilib. Məsuliyyətdən yayınmaq üçün paytaxt Bakıya qaçan şəxs daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat nəticəsində tutulub. Polis əməkdaşları tərəfindən Sənan Ağazadə və onunla birlikdə olan daha 2 nəfər həmin nəqliyyat vasitəsində saxlanılması təmin edilib. Sənan Ağazadə saxlanılan zaman ondan lüləsi kəsilmiş ov tüfəngi, 6 ədəd patron, 1 ədəd bıçaq, sərnişinlərin birindən isə psixotrop maddə olan 29 ədəd “metanarol” və 11 ədəd “deksanmetazon” həbi aşkar edilərək götürülüb. Onunla birgə Sərvər Hüseynova da ittiham verilib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)