Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb – FOTO

Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb – FOTO
Dostuna göndər xəbərdən agah olsun:

Vətəndaşların müraciəti əsasında Cəlilabad rayonu Göytəpə şəhərində fəaliyyət göstərən “Kamal” kafesində yoxlama aparılıb.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, yoxlama zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, qida emalı sahəsinin təmirsiz olduğu, qida məhsulları ilə təmasda olan səthlərdə təmizlik işlərinin aparılmadığı, obliqat qrupuna daxil olan işçi heyətin dövri tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda kafenin qida emalı sahəsinin fəaliyyəti məhdudlaşdırılıb.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)