Ermənistanda Robert Koçaryanın əmlakının müsadirə olunması tələb edilir

Ermənistanda Robert Koçaryanın əmlakının müsadirə olunması tələb edilir
Dostuna göndər xəbərdən agah olsun:

Ermənistanın prokurorluq orqanı ölkənin keçmiş prezidenti Robert Koçaryanın və ona bağlı olan yeddi nəfərin əmlakının dövlət nəfinə müsadirə olunmasını tələb edib.

Məlumata görə, buraya 25 daşınmaz əmlak, beş nəqliyyat vasitəsi, dəyəri dörd milyon dollardan çox depozitə qoyulan qiymətli kağızlar, qanunsuz mənşəli 35 milyard dramdan (90 min 189 dollar) çox nağd pul qalıqları, üçüncü şəxslərə ötürülən və digər xərclənmiş vəsaitlər daxildir.

Bildirilib ki, Koçaryan barəsindəki işdə Ermənistana və bir sıra ölkələrə məxsus 16 hüquqi şəxsin adı hallanır.

Mənbə: “Baqramyan 26” “Telegram” kanalı

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)