Sumqayıtda 5 nəfər dəm qazından zəhərlənib

Dostuna göndər xəbərdən agah olsun:

Sumqayıtda bir gündə beş nəfər dəm qazından zəhərlənib.

Agah.az-ın yerli bürosu məlumat verir ki, hadisə şəhərin müxtəlif ərazilərində qeydə alınıb.

Onlar “Betonzavod” adlanan ərazidə fərdi evdə yaşayan Sumqayıt şəhər sakinləri, 2003-cü il təvəllüdlü Mehdiyeva Fərqanə Elbrus qızı, 2005-ci il təvəllüdlü Mehdiyeva Əfsanə Elbrus qızı və 2003-cü il təvəllüdlü Abdullayeva Fidan Süleyman qızı, 4-cü mikrorayonda yaşayan 1956-cı il təvəllüdlü Cəfərova Nigar Mirdövlət qızı, 2005-ci il təvəllüdlü Astanova Nərmin Elgün qızıdır.

Dəm qazından zəhərlənən şəxslər dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)