Qəzzanın Səhiyyə Nazirliyi münaqişədə ölən fələstinlilərin sayını açıqlayıb

Qəzzanın Səhiyyə Nazirliyi münaqişədə ölən fələstinlilərin sayını açıqlayıb
Dostuna göndər xəbərdən agah olsun:

İsrail qüvvələrinin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı 34,5 minə yaxınlaşır.

Bu rəqəmləri Qəzzanın Səhiyyə Nazirliyi teleqramda bildirib.

“İsrailin təcavüzü nəticəsində oktyabrın 7-dən bəri 34 454 nəfər şəhid olub, daha 77 575 nəfər yaralı var”, – məlumat deyilib.

Qeyd olunub ki, son sutkada anklavda 66 nəfər ölüb, 138 nəfər yaralanıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)