Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
Dostuna göndər xəbərdən agah olsun:

Bakının Qaradağ rayonunda 47 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

Hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. 1977-ci il təvəllüdlü Abdullayev Rasim Əliağa oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.

Hadisə zamanı xəsarət alan R.Abdullayev təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Fakt araşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)