Bakıda yeniyetmə qız 12-ci mərtəbədən yıxıldı

Dostuna göndər xəbərdən agah olsun:

Bakı şəhər Nəsimi rayonu ərazisində yeniyetmə qızın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Akademik Feyzulla Qasımzadə küçəsi, bina 25 ünvanında 2010-cu il təvəllüdlü Şeyla S. (şərti adlı) 12-ci mərtəbədə yaşadığı mənzilin eyvanından yıxılıb.

14 yaşlı qız hadisə yerində dünyasını dəyişib.

Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)