Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələniblər

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda sanitariya-gigiyena qaydalarına əməl etməyən sürücülər cərimələniblər.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena və yerin təkindən istifadə qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə avqustun 28-də paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində keçirdikləri tədbirlər zamanı qanunsuz qarışıq süxur daşınması və məişət tullantılarının qalaqlanması faktları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 228-ci (lisenziya və ya icazə olmadan yerin təkindən istifadə etmə) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduğuna görə üç sürücü barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45