Bakıda qadını küçədə bıçaqlayan şəxs saxlanıldı – YENİLƏNİB + VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda qadını küçədə bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Bununla bağlı AGAH.AZ a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hadisə şəxsi münasibətlər zəminində törədilib. Qadını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda araşdırmalar davam etdirilir.

Bakıda Yasamal rayonunda dəhşətli hadisə törədilib.

AGAH.AZ xəbər verir ki, hadisənin görüntülərini jurnalist Könül Aypara sosial şəbəkə hesabında paylaşıb. Belə ki, rayonun Abbas Mirzə Şərifzadə küçəsində hərəkət edən qadına qəfil hücum edərək, onu bıçaqlayıblar.

Qadına küçədə hücum edən şəxsin kimliyi məlum deyil. Hazırda polis əməkdaşları və təcili tibbi yardım maşını əraziyə cəlb ediliblər.

Həmin görüntüləri təqdim edirik:

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)