Goranboyda sel bir sıra fəsadlar törədib – YENİLƏNİB + FOTO/VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Goranboya güclü yağışdan sonra sel gəlib.

APA-nın məlumatına görə, bu gün günorta saatlarında leysan yağışdan sonra rayonun Ağcakənd qəsəbəsinə dağlardan sel suları gəlib.

Nəticədə qəsəbədə bəzi evlərə sel suları dolub. Qəsəbənin yollarını sel suları yararsız hala salıb.

Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

Bu gün axşam saatlarında Oğuz rayonuna leysan yağış yağıb, dolu düşüb.

“Report”un məlumatına görə, dolu, əsasən, rayonun Padar, Bayan və Kərimli kəndlərinə düşüb.

Oğuz şəhəri ərazisinə yağan leysan yağışı nəticəsində isə bəzi evlərin həyətlərinə və zirzəmilərinə su dolub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)