Acun Ilıcalı 4-cü dəfə evlənir – FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Şeyma Subaşı ilə ayrıldıqdan sonra özündən 30 yaş kiçik Ayça Çağla Altunkaya ilə sevgili olan Türkiyənin “TV-8” kanalının sahibi, aparıcı, 55 yaşlı Acun İlıcalı ilə bağlı iddialar yayılıb.

Qeyd olunur ki, cütlük evlənməyə qərar verib.

“Söylemezsem Olmaz” proqramının yeni şərhçisi Yağmur Çevik efirdə Altunkaya və Acunun təxmini toy tarixini də açıqlayıb.

“Yəqin ki, “Survivor”dan sonra evlənəcəklər”, – deyə Çevik qeyd edib.

Cütlük məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Xatırladaq ki, bu, Acunun 4-cü evliliyi olacaq. Ilıcalının Banu, Leyla, Yasemin və Melisa adlı qızları var.

 

Mənbə: yenicaggazetesi.com

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)