Nigar Camalın adından DƏLƏDUZLUQ: DİN araşdırmalara başladı – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Daxili İşlər Nazirliyi (DİN) Müğənni Nigar Camala qarşı dələduzluq edilməsi barədə açıqlama verib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Nurlan Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda məsələ barədə araşdırma aparılır:

“Nəticəsi barədə məlumat veriləcək”.

09:58

Müğənni Nigar Camala qarşı dələduzluq edilib.

Elşad Eldar oğlu Məmmədov adlı şəxs “TikTok”da sənətçinin adına saxta hesab açaraq onun fanatlarına mesaj yazıb.

O, pərəstişkarlarını Nigar Camalla pul qarşılığında görüşdürə biləcəyini deyib.

Nigarın sevənlərindən həm də şəklini istəyən Elşad Məmmədov daha sonra bu şəkilləri yaymaqla onları şantaj edib.

Müğənni fanatlarını bu şəxsdən gələn mesajlara cavab yazmamağa səsləyib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)