Son on gündə Cəlilabadda 83 nəfər qızılcaya yoluxub

Dostuna göndər xəbərdən agah olsun:

Cəlilabad rayonunda son on gün ərzində 83 nəfər qızılca virusuna yoluxub.

Noyabr ayından bugünədək yoluxma sayı 576 nəfər təşkil edir.

Yoluxanlardan 18 yaşdan kiçiklər 379 nəfər, 18 yaşdan böyüklər isə 197 nəfərdir.

Hazırda aktiv xəstə sayı 83 nəfərdir. Xəstələrdən 1-i stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, ötən gün 8 nəfər bu virusa yoluxub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)