Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar – VİDEO

Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar – VİDEO
Dostuna göndər xəbərdən agah olsun:

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən beş kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.

Həmçinin İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşını qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet” və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında dörd kilometrlik hissədə elektrik xətlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar.

Faktlarla bağlı Suraxanı RPİ-də araşdırmalar davam etdirilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)