Kürdəmirdə sürücü maşında yanaraq öldü – Video

Dostuna göndər xəbərdən agah olsun:

Hadisə Bakı-Qazax əsas magistral  yolunun rayonun Xırdapay kəndindən keçən hissəsində qeydə alınıb. “BMW” markalı 90 ED 530 nömrə nişanlı avtomaşın hərəkətdə olarkən qəfildən  idarəetmədən çıxıb. Daha sonra maşın yoldan çıxaraq bir neçə yüz metr torpaq yolla getdikdən sonra onu alov bürüyüb. Nəticədə,  hələlik şəxsiyyəti məlum olmayan sürücü avtomobildə yanaraq ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət  Yanğından Mühafizə İdarəsinin   texnikası və canlı qüvvəsi cəlb olunub və  yanğın söndürülüb. Meyit avtomobildən çıxarılıb və müayinə olunması üçün Səhiyyə Nazirliyinin Tibbi ekspertizası və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

https://www.youtube.com/watch?v=Nxt0dWjRZOE

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)