Bakıda dəhşətli avto qəza: 2 nəfər öldü – Video

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
İki avtomobil toqquşub, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bakı şəhərinin Nizami rayonunda “Opel” və “VAZ 2106” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “BАЗ” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 2 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisə nəticəsində Orxan və Məzahir Əhmədov adlı şəxslər hadisə yerindəcə keçinib.

Eyni zamanda 1993-cü il təvəllüdlü Əhmədov Məhəmməd Məzahir oğlu və 1969-cu il təvəllüdlü Vəliyev Elçin ağır xəsarət alıblar.

M.Əhmədova müştərək travma və bud sınığı, E.Vəliyevə kəllə beyin travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Diqqət! Ürəyi zəif olanların videoya baxmağı məsləhət görülmür.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)