Bakı – Sumqayıt yolunda dəhşətli qəza – Video

Bakı – Sumqayıt yolunda dəhşətli qəza – Video

Agah.az xəbər verir ki, Hadisə bugün (20.04.2020) saat 22:00 radələrində Bakı – Sumqayıt yolunda “Rahat” Marketin qarşısında baş verib.

“Mercedes-Benz” markalı 90-SK-311 qeydiyyat nömrə nişanlı avtomobil yüksək sürətlə yola qoyulmuş beton maneələrə çırpılıb.

Üç nəfərin xəsarət aldığı bildirilib.

yenilənib:
Hadisə nəticəsində sürücü – 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu, Qurbanov Tural Səməndər oğlu və 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Seyhun oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxanın həkimlərinin APA-ya verdiyi məlumata görə, S.Cəlilovun vəziyyəti çox ağırdır.

Hadisənin təfərrüatları araşdırılır. Şahidlərin bildirdiyinə görə, bu, son bir sutkada eyni ünvanda baş vermiş ikinci hadisədir.

Paylaş ki, ətrafın da bu xəbərdən agah olsun: