Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb – VİDEO

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb – VİDEO
Dostuna göndər xəbərdən agah olsun:

Narkotik vasitənin təsir altında avtomobil idarə edən daha bir sürücü ifşa edilib və başqalarına zərər vurmadan hərəkətdən kənarlaşdırılıb.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, BDYPİ-nin əməkdaşları tərəfindən normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan “Volkswagen” markalı, 10-HA-303 dövlət  qeydiyyat nişanlı avtomobil Lökbatan dairəsi yaxınlığında saxlanılıb.

Sənədlərin yoxlanılması zaman sürücü A.Əsgərovun hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib.

Müayinə zamanı A.Əsgərovun narkotik maddə qəbul etməsi aşkar olunduğundan barəsində inzibati  protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)