Norveçli səyahətçilər Cıdır düzündə olublar

Norveçli səyahətçilər Cıdır düzündə olublar
Dostuna göndər xəbərdən agah olsun:

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Şuşada Cıdır düzündə olub.

Qonaqlar Şuşa qalasına da baş çəkib, şəhərdə aparılan bərpa işlərinin gedişi ilə tanış olublar.

Nümayəndə heyətinin üzvləri Ermənistanın işğal zamanı törətdiyi cinayətlərin nəticələrini gözləri ilə görüblər.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)