Azərbaycan Türkmənistandan təbii qaz idxalını 2.4 dəfə artırıb

Azərbaycan Türkmənistandan təbii qaz idxalını 2.4 dəfə artırıb
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycan Türkmənistandan svop şəkildə idxal etdiyi təbii qaz alışını ilin ilk iki ayında öncəki illə müqayisədə 2.4 faiz artırıb.

Türkmənistandan alınan svop qazın həcmi 2024-cü ilin yanvar və fevral ayları ərzində 208.87 milyon kub-metr təşkil edib ki, bunun da idxal dəyəri 31.33 mln. dollardır.

Car ildə Azərbaycan Türkmənistan üçün təbii qaz üzrə idxal qiymətlərini qaldırıb. Məsələn, 2023-cü ilin əvvəlində Azərbaycan Mərkəzi Asiya ölkəsindən hər 1000 kub metr üzrə 140 ABŞ dolları ödədiyi halda, cari ildə qiymətlər 150 dollara qaldırılıb. Bu, Azərbaycanın Qərbə satdığı təbii qazdan 219 dollar və ya 59 faiz aşağıdır. Belə ki, cari ildə Azərbaycan təbii qazın hər 1000 kub-metrini xaricə 369 dollara satıb.

2024-cü ilə qədər Türkmənistan qazının Azərbaycana tədarükü İran vasitəsilə svop yolu ilə həyata keçirilir. 2021-ci il noyabrın 28-də Aşqabadda imzalanmış üçtərəfli svop sazişinə uyğun olaraq, ildə 1.5-2 milyard kubmetrədək Türkmənistan qazının tədarükü, sonra isə bu həcmlərin 3-4 milyard kubmetrə qədər artırılması nəzərdə tutulub.

Qeyd edək ki, 2023-cü ildə Azərbaycan Türkmənistandan 1 mlrd. 517.33 mln. kub-metr təbii qaz alıb və onun idxal dəyəri 218.23 dollar olub.

 

mənbə: banker.az

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)