Çin lideri: Ukraynada sülhün bərpası üçün çalışmaq lazımdır

Dostuna göndər xəbərdən agah olsun:

Ukraynada sülhün bərpası üçün çalışmaq lazımdır.

Bu barədə Çin lideri Si Cinpin Almaniya kansleri Olaf Şoltsla telefon danışığında deyib.

Onun sözlərinə görə, regionda sülh və sabitlik üçün çalışmaq və eqoist iddialardan əl çəkmək lazımdır:

“Odun üstünə yağ tökmək olmaz. Sülhün bərpası üçün şərait yaratmaq və gərginliyi daha da artırmaqdan çəkinmək lazımdır”.

Çin lideri həmçinin bildirib ki, müharibənin qlobal iqtisadiyyata mənfi təsirlərini azaltmaq lazımdır.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)