İmişlidə əmək yarmarkası keçiriləcək

Dostuna göndər xəbərdən agah olsun:

Dövlət Məşğulluq Agentliyinin Mil-Muğan Regional Məşğulluq filialının dəstəyi ilə sabah İmişli rayonunda əmək yarmarkası keçiriləcək.

Agah.az-ın  Muğan bürosunun məlumatına görə, yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)