Zaqatalada kömür sexində yanğın olub

Dostuna göndər xəbərdən agah olsun:

Zaqatalada kömür istehsalı sexində yanğın olub.

Hadisəsi rayonun Aşağı Tala kəndində, rayon sakini Toğrul Yunus oğlu Balayevə məxsus, ümumi sahəsi 286 kvadratmetr olan sexdə yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində sexin 36 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və ərazidə olan üç ton kömürün yarısı yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)