İsmayıllıda evində çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

Dostuna göndər xəbərdən agah olsun:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış tədbirləri zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Aqil Rəcəbalıyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən aqrotexniki qulluq göstərilmiş 19 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)