Səbail Rayon İcra Hakimiyyətinin başçısı abad həyətə baxış keçirib

Dostuna göndər xəbərdən agah olsun:

Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Badamdar qəsəbəsi, Rafiq İsgəndərov küçəsi 4A və Əziz Nəzərov küçəsi 3, 3A, 5 və 9 ünvanlarında 850 nəfər sakinin yaşadığı çoxmərtəbəli yaşayış binalarını əhatə edən abad həyətə baxış keçirmişdir.

Baxış zamanı Rayon İcra Hakimiyyətinin başçısı abad həyətdə aparılmış yenidənqurma və abadlıq işlərinin mühafizə olunması, eyni zamanda sakinlər tərəfindən qaldırılan məsələlərin qısa zamanda həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti idarə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)