Moskvada şiddətli qasırğa nəticəsində ölənlər və yaralananlar var

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın paytaxtı Moskvada küləkli hava şəraitinin kəskinləşməsi nəticəsində 17 nəfər yaralanıb, onlardan ikisi ölüb.

Bu barədə paytaxt meri Sergey Sobyanin özünün “Telegram” kanalında məlumat verib.

“Biz bütün xəbərdarlıq tədbirlərini vaxtında həyata keçirdik. Amma təəssüf ki, tələfatsız olmadı, 17 nəfər yaralanıb, onlardan ikisi dünyasını dəyişib”, – deyə mer yazıb.

Xatırladaq ki, aprelin 3-dən bəri Moskvada qasırğa – güclü külək hökm sürür.

Mənbə: kp.ru

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)