Rusiyada zavodda güclü yanğın – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın Moskva vilayətinin Xotkovo şəhərində yerləşən “Elektroizolit” zavodunda yanğın başlayıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, yanğın 1,8 min kvadratmetr sahəni əhatə edir. Prokurorluqdan bildirildiyinə görə isə bu, üç min kvadratmetr təşkil edir.

Yanğın 150 kvadratmetr ərazidə lokallaşdırılıb. Sexin dam örtüyü yanır, binadan dörd nəfər təxliyə olunub.

Yanğın nəticəsində ətrafı qalın tüstü bürüyüb.

Mənbə: “KP.ru” “Telegram”

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)