Baş Prokurorluq: Sumqayıtda yeniyetmənin ölümü araşdırılır

Dostuna göndər xəbərdən agah olsun:

Sumqayıtda yeniyetmənin ölümü araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq bildirilir, martın 31-də saat 7 radələrində Sumqayıt şəhəri ərazisində 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib.

Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)