Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb – FOTO/VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Bakının Fəvvarələr Meydanında qanunsuz tikintinin qarşısı alınıb.

Bu barədə  Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən məlumat verilib.

Bildirilib ki, 29 mart 2024-cü il tarixində Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi və Əhməd Cavad küçəsinin kəsişdiyi (Fəvvarələr Meydanı) ünvanda qanunsuz olaraq qeyri-yaşayış obyektinin tikintisi ilə bağlı daxil olan müraciətə əsasən, şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı sözügedən ərazidə özbaşına tikinti faktı təsdiqlənib.

Sözügedən ünvanda aparılan işlərin heç bir müvafiq icazəverici sənədləri olmadığından 29 mart 2024-cü il tarixində axşam saatlarında özbaşına tikintinin Baş İdarə və aidiyyəti qurumlarla birlikdə qarşısı alınaraq müvafiq qaydada söküntüsü təmin edilib.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)