Təcridxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Dostuna göndər xəbərdən agah olsun:

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətdən verilən xəbərə görə, məhkum İlqar Cəmşid oğlu Məmmədova tanışı Yelena Aleksandrovna Əhmədova tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı dörd ədəd qəndin içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,701 qram metadon və 0,319 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)