Lənkərandakı qəzada ölən və xəsarət alanların kimliyi məlum olub – YENİLƏNİB + FOTO

Dostuna göndər xəbərdən agah olsun:

Lənkəranda baş verən ağır yol-nəqliyyat hadisəsində ölən və xəsarət alanların kimliyi məlum olub.

“Report”un məlumatına görə, qəza nəticəsində 1978-ci il təvəllüdlü Davud Sərraf oğlu Nəsirov hadisə yerində ölüb.

2003-cü il təvəllüdlü Mirşahin Malik oğlu Nağızadə, 2003-cü il təvəllüdlü Pərvaz İlham oğlu Mahmudov və 1991-ci il təvəllüdlü Pərviz Şükür oğlu Fətullazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, VAZ-2106 və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

18:50

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, VAZ-2106 və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)