Kadırov xəstəliyi ilə bağlı xəbərləri təkzib etdi – VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Çeçenistanın (Rusiya) rəhbəri Ramzan Kadırov xəstəliyi ilə bağlı yayılan xəbərlərə inananları “hava almağa” çağırıb.

Bununla bağlı o, öz “Telegram” kanalında yazı paylaşıb və onu gəzinti zamanı çəkdiyi videolar müşayiət edib.

“İnternetdə həqiqəti yalandan ayıra bilməyən hər kəsə təmiz havada gəzməyi və fikirlərini nizama salmağı tövsiyə edirəm. Yağış insanı çox yaxşı gumrahlaşdırır”, – deyə o, öz izləyicilərinə müraciət edib.

O, bu şərh Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusovun Çeçenistan rəhbərinin xəstə olduğunu, vəziyyətinin ağır və ya komada olduğunu deməsindən sonra verib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)