Haitidə həbsxanadan minlərlə məhbus qaçdı: Fövqəladə vəziyyət elan olundu

Dostuna göndər xəbərdən agah olsun:

Haiti hakimiyyəti silahlı dəstələrlə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verən qarşıdurmaya görə paytaxt Port-o-Prinsdə ən azı üç günlük fövqəladə vəziyyət və komendant saatı tətbiq etmək qərarına gəlib.

Administrasiyadan bildirilib ki, tədbir növbətçi asayiş keşikçilərinə, yanğınsöndürənlərə, təcili yardım sürücülərinə, tibb işçilərinə və jurnalistlərə şamil edilmir. Polisə komendant saatını tətbiq və bütün qanun pozucularını həbs etmək üçün bütün qanuni vasitələrin istifadəsi ilə bağlı ciddi tapşırıq verilib.

Qeyd edək ki, martın ikisində silahlı qrupların üzvləri ölkənin Port-o-Prensdəki əsas həbsxanasına hücum edərək bir neçə yüz məhbusu azad ediblər. Bunun ardınca ərazidə kütləvi davalar və mülki şəxslərə hücumlar baş verib.

Mənbə: Gazeta.ru

09:10

Haitinin Port-o-Prens şəhərindəki həbsxanadan minlərlə məhbusun qaçması zamanı azı 10 nəfər ölüb.

Bununla bağlı Haiti İnsan Hüquqlarını Müdafiə Milli Şəbəkəsi məlumat verib.

Həbsxananın ətrafına baş çəkən mətbuat işçilərindən biri güllə yaraları olan 10-a yaxın cəsədi gördüyünü bildirib.

Hələlik hadisənin digər təfərrüatı açıqlanmır.

Mənbə: France-Press

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45