Türkiyə Prezidenti Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham etdi

Dostuna göndər xəbərdən agah olsun:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ni ittiham edib.

O, bu barədə Misir səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında danışıb.

Dövlət başçısı təəssüflə bildirib ki, ABŞ-nin mənfi təsirləri səbəbindən sülh çağırışları nəticəsiz qalır.

“ABŞ bu məsələni guya həll etmək üçün bəzi yüksəksəviyyəli rəsmiləri regiona göndərdiyini deyir. Amma nəticə yoxdur. Vəziyyət belə olsa da, biz atəşkəs və sülhün təmin olunması üçün işimizi davam etdiririk. Çünki bizim başqa çıxış yolumuz yoxdur. Qərbdən bizimlə əlaqə saxlananda, biz bu məsələləri xüsusi olaraq onlara bildiririk”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Ərdoğan davamlı sülh üçün səyləri davam etdirdiklərini vurğulayıb.

Mənbə: TRT Haber

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45