Abşeron yarımadasında dumanla əlaqədar görünüş məhdudlaşıb – FOTO/VİDEO

Dostuna göndər xəbərdən agah olsun:

Bakıda və Abşeron yarımadasında dumanla əlaqədar görünüş məhdudlaşıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, hazırda görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb, nisbi rütubət 88-92 faiz intervalında olub.

Dumanlı hava, eyni zamanda, Quba, Lerik, Qusar, Yevlax rayonlarında da qeydə alınıb, görünüş məsafəsinin 500 metrədək məhdudlaşmasına səbəb olub.

Ölkə ərazisində son günlər müşahidə olunan dumanlı hava sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinə səbəb soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır.

Sürücülərdən dumanlı hava şəraitində daha diqqətli olmaları, yola çıxarkən ehtiyatlı davranmaları xahiş olunur.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)