Xəzinə axtarışına çıxdı görün nə tapdı
İngiltərədə həvəskar xəzinə ovçusu Ben Bishop metal axtararkən tarixi əsər tapıb.
Bishop İngiltərənin Somerset qraflığında yerləşən zibilliklərin birində 1550-ci ilə aid qızıl üzük tapıb. Üzüyün üzərində qartal simvolu yer alıb. Elm adamları hesab edir ki, bu simvol I Elizabetin rəmzi sayılır. Buna görə də, üzüyün təxminən 500 yaşı olduğu güman edilir.
Ben Bishop tapıntısı ilə bağlı maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, 7 ildir ki, xəzinə tapmaq üçün axtarışlar edir. Üzüyü ilk dəfə görəndə sadə metal olduğunu düşünüb. Daha sonra üzüyün Elizabet taxtına aid olduğunu öyrənib.
O, “Üzük bir müddət muzeydə araşdırıldıqdan sonra mənə qaytarıldı. Üzüyü satdıqdan sonra əldə edəcəyim pulu üzüyü tapdığım ərazinin sahibi ilə bölüşdürməyi düşünürəm”- deyə açıqlama verib.
(055) 436-46-45