Tovuzda avtomobil aşdı / Xəsarət alan var

Dostuna göndər xəbərdən agah olsun:

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi yaxınlığında qeydə alınıb.
1989-cu il təvəllüdlü Mehrəliyev Emin Əziz oğlu idarə etdiyi “VAZ 2106” markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yolun kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)