Hansı taksilərdə TAKSOMETR olacağı bəlli oldu… – VİDEO
‘Taksometr” cihazı müstəqil fəaliyyət göstərən taksi sürücülərinin avtomobilinə quraşdırılmalıdır.
Xezerxeber.az xəbər verir ki, bu, “Avtomobil nəqliyyatı haqqında” qanunda edilən dəyişiklikdə əksini tapıb.
Yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov isə hesab edir ki, taksi şirkətlərinin avtomobillərində bu cihaza ehtiyacı yoxdur. Çünki onlarda tətbiq və ya zəng vasitəsi ilə taksi sifariş edildikdə, gediş haqqı əvvəldən müəyyən edir. Hətta bu “Avtomobil nəqliyyatı haqqında” qanunda da göstərilir. Amma heç bir taksi şirkətinə qoşulmayıb işləyənlərin qarşısında öhdəlik var ki, avtomobilində ”taksometr” cihazını quraşdırsın.
Taksi ilə bağlı yeni qaydalar oktyabrın 1-dən qüvvəyə minəcək.
“Amma ”taksometr” olan taksilərdə gediş haqqı hələ ki müəyyən edilməyib. Bəs bu, necə tənzimlənəcək?.”
Ekspert hesab edir ki, belə fərdi qaydada fəaliyyət göstərənlər, şirkətlərlə müqayisədə qiymətlərdə artım etməyəcəklər. Əks halda onlara maraq elə də olmayacaq.
(055) 436-46-45