Vasif Talıbov Və Oglu Komitə Üzvü Seçildi

Dostuna göndər xəbərdən agah olsun:

Bu gün Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb.

Sessiyada Ali Məclis komitələrinin sədrləri, sədr müavinləri və üzvlərinin adları açıqlanıb.

Yeni qərara əsasən, komitədə təmsil olunan deputatların sayı 5-dən 10-a çatdırılıb, 6 komitədən 2-si ləğv edilib.

Komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da yer alıb.

Vasif Talıbov özü tədbirdə iştirak etməsə də, Sosial siyasət komitəsinin, oğlu isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.

Qeyd edək ki, Vasif Talıbov indiyədək heç bir komitənin üzvü olmayıb. Seymur Talıbov bundan öncə İnsan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi fəaliyyət göstərib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)