Qalaktikamızda 30-dan çox sivilizasiya ola bilər

Dostuna göndər xəbərdən agah olsun:

Süd yolunda 250 min ulduz olduğunu deyən astrofizik əlavə edib ki, mümkün olan mədəniyyətlər 17 min işıq ili (1 işıq ili – 6 trilyon) uzaqlıqdadır və mövcud texnologiya ilə əlaqə yaratmaq mümkün deyil.

Böyük Britaniyanın Nottingem Universitetinin astrofizikləri dünyanın da daxil olduğu Süd yolu kəhkəşanında 30-dan artıq mədəniyyət olduğunu irəli sürüb.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, universitetin astrofizikləri Tom Vestbi və digərləri maraqlı bir araşdırma aparıblar. Qrupda yer alan astrofiziklərdən Xristofer Konseliç bildirib ki, hazırda qalaktikada bir neçə aktiv sivilizasiyanın olması mümkündür.

Süd yolunda 250 min ulduz olduğunu deyən astrofizik əlavə edib ki, mümkün olan mədəniyyətlər 17 min işıq ili (1 işıq ili – 10 trilyon km) uzaqlıqdadır və mövcud texnologiya ilə əlaqə yaratmaq mümkün deyil.

Tom Vestbinin fikrincə isə, digər mədəniyyətlərin kəşfi təkcə fərqli yaşam formalarını müəyyən etməyəcək, eyni zamanda dünyada olan həyatın keçmişi, gələcəyi ilə əlaqəli məlumatlar da verəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45