Yük maşını 5 avtomobili xəşil elədi – Anbaan Video

Dostuna göndər xəbərdən agah olsun:

Rusiyanın Çelyabinsk əyalətində kütləvi yol qəzasının görüntüləri təhlükəsizlik kamerasına düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyunun 16-da “Moskva – Çelyabinsk” avtomagistralının 1649-cu kilometrliyində Katav-İvanovsk rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Kadrlarda, yük maşınının 5 nəqliyyat vasitəsinə – “Lada Qranta”, “VAZ – 2114”, “Audi Q7”, “Renault Sandero” və “Sino” markalı yük avtomobilinə çırpıldığı görülür.

Yük maşınının sürücüsünün bildirib ki, hadisə, əyləcdə yaranan nasazlıq səbəbindən baş verib.

İlkinin məlumatlara görə, qəza nəticəsində 2 nəfər ölüb, 7-si isə xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)