Rusiya və ABŞ kosmosda nüvə silahının yerləşdirilməməsi məsələsində təmasdadır

Dostuna göndər xəbərdən agah olsun:

Rusiya və ABŞ nümayəndə heyətləri müvafiq beynəlxalq platformalarda nüvə silahının kosmosda yerləşdirilməməsi məsələsində təmasdadırlar”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, Rusiya tərəfi əmindir ki, zərbə silahları kosmosda yerləşdirilməməlidir:

“Müvafiq beynəlxalq platformalarda və ilk növbədə Vaşinqtonun – ABŞ Administrasiyasının Rusiyaya qarşı ittihamlar mövzusunu təbliğ etdiyi Nyu-Yorkdakı nümayəndə heyətlərimiz həqiqətən də əlaqə saxlayır və bu məsələni müzakirə edirlər. Bizim tərəfimizdən bütün səviyyələrdə hərtərəfli şərhlər verilib.

Kosmos, əlbəttə ki, hərbi məqsədlər üçün istifadə olunur, lakin orada heç bir silah və ya zərbə silahı olmamalıdır. Rusiya kosmos məsələsində ABŞ-la problemin aradan qaldırılması kanalından istifadə etməyə ehtiyac görmür”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45